RU

Səhiyyə naziri IV “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Səhiyyə naziri Teymur Musayev “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində IV müsabiqənin qalibi Ayaz Məmmədov ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Mentorluq proqramının əhəmiyyəti, qaliblərin peşəkar inkişafına verdiyi töhfə və səhiyyə sahəsində müasir idarəetmə perspektivləri müzakirə edilib.

Nazir Ayaz Məmmədovu qalibiyyəti münasibətilə təbrik edərək onun əldə etdiyi uğurun gələcək karyerasında yeni imkanlar açacağına inandığını bildirib. O, Mentorluq proqramının peşəkar kadrların inkişafına verdiyi töhfəni vurğulayaraq qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

“Yüksəliş” müsabiqəsinin peşəkar rəhbər şəxslərin yetişməsində oynadığı mühüm rolu yüksək qiymətləndirən nazir onların dəstəklənməsinin ölkənin səhiyyə sisteminin davamlı inkişafına mühüm töhfə verəcəyini bildirib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Избранный
8
5
report.az

6Источники