RU

İnterpolun axtarışında olan şəxs Türkiyədə saxlanılıb

BAKI, TurkicWorld

İnterpol tərəfindən "ağır oğurluq" cinayəti ilə qırmızı bülletenlə axtarılan xarici ölkə vətəndaşı Muğlanın Fəthiyə rayonunda jandarma qüvvələri tərəfindən keçirilən əməliyyat nəticəsində yaxalanıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Muğla İl Jandarma Komandanlığı, Jandarma Ümumi Komandanlığı KOM Şöbəsi ilə koordinasiyada axtarışda olan Bosniya-Hersoqovina əsilli A.K.-nın Fəthiyədə olduğunu müəyyən edib.

Şübhəli şəxs Fəthiyənin Ölüdəniz Məhəlləsi, Ocakköy bölgəsində keçirilən əməliyyatda saxlanılıb.

Jandarmadakı istintaq prosedurlarından sonra A.K. Muğla İl Miqrasiya İdarəsi Repatriasiya Mərkəzinə təhvil verilib.

Qeyd edək ki, İnterpolun qırmızı bülleten vasitəsilə axtardığı şəxslər ağır cinayətlərdə şübhəli bilinən və beynəlxalq səviyyədə axtarılan şəxslər siyahısına daxil edilir.

Избранный
7
turkic.world

1Источники