Çin, Pakistan, Hindistan, İsrail və Şimali Koreya son 40 ildə 700-dən çox yeni nüvə döyüş başlığı hazırlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, Rusiya və Çin nüvə silahı obyektlərində yeni anbarlar inşa ediblər. Həmçinin ABŞ hökuməti də keçən ay gizli yeraltı obyektlərdə nüvə sınaqları proqramlarına yenidən başlayacağını açıqlamışdı.
Amerika agentlikləri 2024-cü il üçün doqquz ölkənin 12121 nüvə başlığının olduğunu açıqlayıb.
Rusiya ABŞ-ni bir neçə yüz döyüş başlığı ilə üstələyir. İki ölkə bu ehtiyatın təxminən 88 faizinə nəzarət etdiyi halda, Rusiyanın 5580, ABŞ-ın isə 5044 bombaya sahib olduğu bildirilir. Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya, Pakistan və Böyük Britaniya dünyanın qalan 1500 nüvə bombasının yerləşdiyi digər ölkələrdir.
“AzPolitika.info”