RU

Donald Trampın çıxışı bazarların diqqət mərkəzindədir

Finss.az - ABŞ-ın Ticarət Nazirliyinin ötən gün verdiyi məlumatlara görə, 2025-ci ilin yanvar ayında ölkənin ticarət saldosunun kəsiri əvvəlki aya nisbətən 34% artaraq 131.4 milyard dollar olub.

İxrac 3.3 milyard dollar artaraq 269.8 milyard dollar təşkil edib, idxal isə 36.6 milyard dollar artaraq 401.2 milyard dollara yüksəlib. Bu, ABŞ tarixindəki ən yüksək səviyyədir.

Əmək bazarına dair əlavə məlumatlara görə, ABŞ-da əmək məhsuldarlığı 2024-cü ilin dördüncü rübündə əvvəlki rüb ilə müqayisədə 1.5% artıb, işçi qüvvəsinin dəyəri isə 2.2% yüksəlib. İşsizlik müavinətinə müraciət edənlərin sayı ötən həftə 21 min azalaraq 221 minə enib. Bu göstərici əvvəlki həftə ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb və ötən ilin dekabr ayından bəri ən aşağı səviyyəni göstərir.

Bugün investorlar ABŞ-da açıqlanacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) məlumatını gözləyirlər. Analitiklər, fevral ayında NFP göstəricisinin 143 mindən 159 minə qədər artacağını proqnozlaşdırırlar.

Bundan əlavə, Almaniyada Sənaye Sektorunda Sifarişlərin Həcmi, Avrozonada ÜDM və ABŞ-da açıqlanacaq İşsizlik Səviyyəsi, Orta Saatlıq Əmək Haqqı və Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı da bazar iştirakçılarının diqqətini cəlb edəcək.

Bakı vaxtı ilə saat 22:30-da isə ABŞ prezidenti Donald Trampın çıxışı baş tutacaq, bu da bazarların diqqətini çəkəcək.

Избранный
23
fins.az

1Источники