RU

Rəsmi Pekindən Trampa etiraz: "Qəzza fələstinlilərə məxsusdur"

"ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və bölgədə yaşayan fələstinliləri qonşu ölkələrə deportasiya niyyəti qəbulolunmazdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi Ümumçin Xalq Nümayəndələri Konqresinin illik plenar iclasında deyib.

Çinin Yaxın Şərqdəki rolu və Trampın Qəzza planı ilə bağlı sualı cavablandıran Vanq bildirib ki, Qəzza fələstinlilərə məxsusdur: "Qəzza Fələstin torpaqlarının ayrılmaz hissəsidir. Qəzzanın statusunun zorla dəyişdirilməsi sülh gətirməyəcək, yalnız xaos gətirəcək. Biz Çin olaraq, Misir və digər ərəb ölkələrinin Qəzzada sülh planını dəstəkləyirik. Əgər böyük ölkə (ABŞ nəzərdə tutulur - Mia.az) həqiqətən Qəzza xalqının qayğısına qalırsa, hərtərəfli və daimi  sülhü təşviq etməli, humanitar yardımları artırmalı, Qəzzanın yenidən qurulmasına töhfə verməlidir Yaxın Şərqdə sülh olmadan dünyada sabitlik olmayacaq. Fələstin məsələsi həmişə Yaxın Şərq probleminin mərkəzində olub. İsrail-Fələstin münaqişəsi daim təkrarlanır, çünki iki dövlət həll modeli yalnız yarı reallaşıb. İsrail dövləti uzun müddətdir var, lakin Fələstin Dövləti hələ də ortada yoxdur. Beynəlxalq ictimaiyyət növbəti dövrdə iki dövlətli həllə daha çox diqqət yetirməli və bundan sonra Fələstinə daha çox dəstək verməlidir. Ərəb və yəhudi xalqları davamlı dostluq şəraitində birlikdə yaşaya bilərlər”.

Zülfiyyə Mustafayeva
MİA.AZ

Избранный
35
1
mia.az

4Источники