1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində avtomobil yanıb.
Oxu.Az xəbər verir ki, "Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış qaz balonunun partlaması nəticəsində yanğın olub.
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb:
"FHN-in "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində "Chevrolet Cobalt" markalı avtomobildə baş verən yanğın söndürülüb. Ətrafdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub".
Aygün Mirakif