Suriyada rus hərbçilərinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Suriyanın yeni hakimiyyətinin keçmiş prezident Bəşər Əsəd tərəfdarlarına qarşı əməliyyatını şərh edib.
“Hərbçilərimizin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir”, - deyə Peskov Suriyada vəziyyətin pisləşməsi ilə əlaqədar Rusiya kontingentinin təhlükəsizliyinə təhlükənin olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Telegram kanalımız