RU

Cənubi Koreya Məhkəməsi Prezident Yun Sok Yölün Həbsini Ləğv Etdi

BAKI,TurkicWorld

Cümə günü Cənubi Koreya məhkəməsi vəzifəsindən kənarlaşdırılmış prezident Yoon Sok Yölün həbsdən azad olunmasına qərar verdi.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, yanvarın 15-də istintaq orqanları Yoon Sok Yölü 3 dekabr tarixində hərbi vəziyyət elan etməsi ilə bağlı qiyama təhrik etməkdə ittiham edərək həbs etmişdi.

Seulun Mərkəzi Dairə Məhkəməsi bu qərarı vəkillərin şikayətindən təxminən bir ay sonra qəbul etdi. Yoon Sok Yölün vəkilləri yanvarın 26-da prokurorluğun irəli sürdüyü ittihamın qanunsuz olduğunu iddia edərək, həbs qərarının ləğvi üçün məhkəməyə müraciət etmişdi.

Onların arqumentinə görə, həbs müddəti başa çatdıqdan bir gün sonra irəli sürülən ittiham hüquqi əsasdan məhrum idi.

Lakin prokurorluq isə ittihamın həbslə bağlı qanuni müddət çərçivəsində irəli sürüldüyünü iddia edib. Onlar Cənubi Koreyanın Cinayət Prosessual Məcəlləsinə əsaslanaraq, bu müddətin günlərlə hesablanmalı olduğunu, vəkillərin isə onu saat və dəqiqə ilə hesabladığını bildiriblər.

Məhkəmə isə vəkillərin arqumentini qəbul edərək, həbs müddətinin saatlarla hesablanmalı olduğunu açıqladı və Yoon Sok Yölün azad edilməsinə qərar verdi.

Cənubi Koreyada davam edən siyasi böhran fonunda keçmiş prezident Yoon Sok Yöl ətrafında gedən məhkəmə prosesi ölkədə demokratiya prinsiplərinə uyğun aparılmalıdır.

Ekspertlər bildirirlər ki, bu işin həddindən artıq uzanması siyasi sistem üçün mənfi nəticələrə səbəb ola bilər. Lakin eyni zamanda, demokratik dəyərlərə uyğun hüquqi prosedurların tam yerinə yetirilməsi vacibdir.

Избранный
26
turkic.world

1Источники