RU

“Hatayspor” Renat Dadaşov yarım milyondan çox ödəniş etdi

Türkiyənin “Hatayspor” klubunun millimizin hücumçusu Renat Dadaşova ödədiyi təzminatın məbləği açıqlanıb.

Msport.az xəbər verir ki, azərbaycanlı forvard ümumilikdə 275 min avro (təxminən 505 min manat) ödənilb. Bu, FİFA Mübahisələrin Həlli Palatasının qərarından sonra həyata keçirilib.

Ali futbol qurumunun “Hatayspor”a tətbiq etdiyi transfer qadağasının qaldırılıb-qaldırılmayacağı hələlik məlum deyil.

Xatırladaq ki, Dadaşov 2023-cü ilin sentyabrından 2024-cü ilin iyununa kimi icarə əsasında “Hatayspor”da çıxış edib. O, hazırda Polşada “Radomiak”ın şərəfini qoruyur.

Избранный
59
msport.az

1Источники