RU

“Unibank”a aid şirkətin biznes itkiləri 180 mln. manatı ötüb

“Unibank”a aid şirkətin biznes itkiləri 180 milyon manatı keçib.

Valyuta.az xəbər verir ki, söhbət "Unicapital İnvestisiya Şirkəti"ndən gedir.

Belə ki, investisiya şirkətinin bu ilin yanvar-fevral aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 1331 əqd üzrə 434 milyon 362,9 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,5% və ya 180,44 milyon manat azdır. Halbuki, şirkətin 2024-cü ilin ilk iki ayında daxili birja dövriyyəsi 777 əqd üzrə 526 milyon 419 min manata bərabər olmuşdu. 

"Unicapital”ı dövriyyəsinin bir əqd üzrə orta dəyəri 326,3 min manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 2 dəfədən çox azalma deməkdir. 

İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və korporativ istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 212 milyon 283,6 min manatı korporativ istiqrazların, 185 miylon 973,4 min manatı repo əməliyyatlarının payına düşüb. Portfeldə dövlət istiqrazlarının payı 32 milyon 973,3 min manat, AMB-nin notları 2 milyon 555,1 manat, səhmlər isə 577,47 min manat təşkil edib. 

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb və “Unibank”ın törəmə şirkətidir. Şirkətin qanuni təmsilçisi isə Vüqar Namazovdur.

Избранный
61
1
valyuta.az

2Источники