“Ukrayna Silahlı Qüvvələri tükənib və yaxın altı ayda mövqelərini itirə bilər”.
KONKRET.az xəbər verir ki, bunu “Washington Post”un (WP) köşə yazarı David İqnatius deyib.
O bildirib ki, Kiyevə təcili atəşkəs lazımdır
“Zelenski Trampın təzyiqi altında canını qurtarır. Lakin onun təcili olaraq atəşkəsə ehtiyacı var. Onun qüvvələri yorulub, tükənib və növbəti altı ayda uğursuzluğa düçar ola bilər”, – köşə yazarı vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az