RU

Keçmiş baş kəşfiyyatçı Trampı şantajda ittiham etdi

Donald Trampın Ukrayna ilə kəşfiyyat məlumatları mübadiləsini dayandırması Kiyevə qarşı təzyiq və şantajdır.

Tribunainfo.az “The Huffington Post” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan deyib.

“Mən 35 illik təcrübəmdə heç vaxt belə bir şey görməmişəm. ABŞ kəşfiyyatı siyasi məqsədlər üçün Ukrayna kimi tərəfdaşı administrasiyanın tələblərini yerinə yetirməyə məcbur etmək üçün dayandırılıb. Düşünürəm ki, bu, uzun müddət qüvvəsində qalarsa, döyüş meydanında fəlakətli nəticələrə malik ola bilər”, – deyə Brennan vurğulayıb.

O əlavə edib ki, Trampın hərəkətlərini daha çox “təzyiq və qəsb taktikası” hesab edir.

Onun sözlərinə görə, avropalıların Ukrayna hökumətinə ABŞ kəşfiyyat cameəsinin ötürdüyü məlumatları təqdim etmək imkanı yoxdur.

“Əgər bunu götürsəniz, Ukrayna xidmətlərini həqiqətən zəiflədirsiniz”, – deyə Brennon diqqətə çatdırıb.

Избранный
14
tribunainfo.az

1Источники