14 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin qiymətli kağızların abunə yazılışı 15.01.2025-ci ildə başlayaraq 28.02.2025-ci il tarixinə kimi davam etmişdir.
SOCAR istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi 07.03.2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.
Qeyd olunan qiymətli kagızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 bəndinin tələblərinə cavab verdiyinə görə Əsas Bazar Listinq seqmettinə alınır.
Yerləşdirmədə sifariş saylarının 4%-ini hüquqi, 96%-ini isə fiziki investorlar təşkil etmişdir.
İstiqrazların buraxılışı “Yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi istiqamətində olduğundan istiqrazlar Bakı Fond Birjasının “Yaşıl İstiqraz Bazarı” üzrə listinqə alınır və “Yaşıl İstiqraz Bazarı” təsnifləşdirməsi üzrə ilk belə istiqrazlardır. Məlumat üçün qeyd edək ki, “Yaşıl İstiqraz Bazarı” üzrə listinqə alınan istiqraz üzrə illik listinq haqqı tutulmur.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003019893
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı: 200,000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 ABŞ dolları
Buraxılış həcmi: 200,000,000 ABŞ dolları
Nominal (Yerləşdirmə) qiyməti*: 1,000 ABŞ dolları
Reallaşdırılmış həcm: 200,000,000 ABŞ dolları
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 220,000,000 ABŞ dolları
İnvestor sayı: 412
Sifariş sayı: 510
Anderrayter: “PAŞA Kapital İ.Ş” QSC
Sonraki post