RU

Azərbaycanı Niderland və Belçikadakı çempionatlarda 22 taekvondoçu təmsil edəcək

Azərbaycanı Niderlandın Eyndhoven və Belçikanın Lommel şəhərlərində keçiriləcək açıq çempionatlarda 22 taekvondoçu təmsil edəcək.

İdmançılar taekvondo üzrə böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında mübarizə aparacaqlar.

Qeyd edək ki, Niderlanddakı 52-ci açıq turnir martın 8-9-da baş tutacaq. Belçikadakı yarış isə martın 15-də keçiriləcək.

Избранный
13
6
cbcsport.az

7Источники