RU

Donald Tramp Səudiyyə Ərəbistanına gedir

ABŞ prezidenti tezliklə Səudiyyə Ərəbistanına səfər edə bilər. Bu barədə Donald Trampın özü Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Amerika liderindən Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün krallığa səfər etməyi planlaşdırıb-qalmadığı soruşulub. Cavabında Tramp hələlik bu məsələ ilə bağlı konkret heç nə deyə bilməyəcəyini qeyd edərək, Ər-Riyada səfərin planlaşdırıldığını bildirib. “Bilmirəm. Sizə deyə bilmərəm. Səudiyyə Ərəbistanına gedirəm” – ABŞ prezidenti deyib.

O əlavə edib ki, bu səfər yaxın ay yarım ərzində baş tuta bilər.

//Samir Qurbanov, Editor.az

Избранный
18
editor.az

1Источники