RU

Xankəndi, Xocalı və Əsgərana səfər əslində bir yumruq kimi birləşən Azərbaycanın simvoludur - POLİTOLOQ

2020-ci ildə Vətən müharibəsindəki qələbə ilə suverenlik bayrağını göylərə qaldıran ölkəmiz, bu gün təkcə torpaqlarını deyil, siyasi arenada birliyini də zəfərlərlə bəzəyir. Prezident İlham Əliyevin qətiyyəti ilə başlayan bu yeni səhifə, hərbi gücümüzün möhtəşəm təsdiqi ilə yanaşı, artıq siyasi dialoqun səsi ilə də yazılmağa davam edir. Xankəndi, Xocalı və Əsgərana səfər edən siyasi partiya liderlərinin birgə addımları, bu prosesin ürəkaçan sübutudur. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə qalibiyyətin daha mühüm, konstitusion nəticəsidir– Azərbaycanın öz gücünü dünyaya bir daha göstərəcəyi anın ifadəsidir.

Bu fikirləri “İki sahil” ə açıqlamasında siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin Xankəndi, Əsgəran və Xocalıya təşkil olunan birgə səfərində iştirak edən politoloq  Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə gprə, Xankəndidə partiya rəhbərlərinin görüşü, əslində bir yumruq kimi birləşən Azərbaycanın simvoludur. Bu, sadəcə səfər deyil, keçmişin yaralarını sağaldıb gələcəyə ümidlə baxan bir xalqın manifestidir. Çox az müddət bundan əvvəl Xankəndi meydanında ölkəmizi parçalamış, xalqımızın qanına susamış separatçıların səsi eşidilir, qondarma parad oyunları təşkil edilir, əzəli-əbədi yurd yerlərimizdə bizə gözdağı verirdilər. Bu gün Xankəndi meydanı elə bir rol oynayır ki, siyasi dialoq burada soyuq protokollardan çıxıb, isti bir həmrəylik səhnəsinə çevrilib. Əsgəranın daşlarında tarix, Xocalının torpağında ədalət, Xankəndidə isə qürur var və bu üçü birləşərək Azərbaycanı yenidən doğulmuş bir ulduza çevirir, Bakıda isə Xankəndi meydanında bir zamanlar cığallıq edən düşmən terrorçuları ədalət mühakiməsi qarşısında cavab verirlər. Xocalının bərpa olunan evləri, Xankəndinin turizm xəyalları – bunlar suverenliyin sadəcə xəritədəki xətləri deyil, həyatda nəfəs alan bir reallıq olduğunu göstərir. Dialoqla toxunan bu zəfər, Azərbaycanı təkcə regionun lideri deyil, həm də birlik dərsi verən bir ölkə edir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin “vətənpərvərlik və dövlətçilik bizim təməlimizdir” sözləri, bu hərəkatın kökünü, özülünü açıqlayır. Siyasi partiyalar ölkənin, ortaq məqsədə – Azərbaycanın yüksəlişinə xidmətə qoşulublar. Yeni siyasi mədəniyyət başqa formada bu dialoqla özünü büruzə verməkdədir.

Ekspert qeyd edib ki, azad olan torpaqların nəqliyyat coğrafiyası da çox qəribə bir formadadır, yollar siyasi coğrafiyanın xəritəsini yaşadaraq, qalibiyyəti hiss etdirir, Xocalıya həyat qayıdır, Xocavəndin fatehlərinin “əl işləri” yaxın keçmişin qürururun bir daha oyadır, Şuşada Qarabağ tarixinin zirvəsinə şahid olduqdan sonra mütləq bu mühüm marşrut dövlətimizin baş planında tamamlanmalıdır. Xankəndi -  Qarabağ xanlarının evi, yurdu, 300 illik tarixin qısa mündəricatı, erməni millətçiliyinin vurduğu yaralar və nəhayət, qalibiyyətin gətirdiyi təntənə. Burda artıq gənclik, uşaqlar, təhsil, elm, univeristet-  bir sözlə, qaynar həyat müşahidə edilməkdədir. Qarabağın azadlığı bizim suveren azaldığımızı əbədiyyən təsis etmiş oldu.
Xankəndi səfərindən sonra siyasi liderlərin dilindən düşməyən möhtəşəm fikirlər, təəsüratlar Azərbaycanın pozitiv gündəmini təşkil edir. 2025-ci il bu dirçəlişin adıdır - Konstitusiyamızın qüruru və birliyimizin coşqusu ilə! Xankəndidən Xocalıya uzanan bu yol, təkcə torpağın deyil, ruhumuzun da azadlığıdır. Bu səfərlər, keçmişin izlərini silmədən, üzərinə gələcəyin planlarını çəkir. "Konstitusiya və Suverenlik İli" bizə bir dərs verir: birliyimizlə hər daşı yerindən oynada bilərik!

Şəmsiyyə Əliqızı, “İki sahıl”

Избранный
19
1
ikisahil.az

2Источники