RU

Yasamalda motosiklet avtomobilə çırpılıb - VİDEO

Paytaxtın Yasamal rayonunda yol qəzasl olub.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, qəza bu gün səhər saatlarında Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Müşahidə kamerasının qeydə aldığı görüntüyə əsasən motosiklet sürücüsü svetoforun qadağanedici siqnalının tələbinə məhəl qoymayaraq gəldiyi sürətlə hərəkətə başlayan minik avtomobilinə çırpılır. Kəsişmədə piyada keçidindən keçən piyadalar isə qəzadan xilas olurlar.

“Növbəti dəfə edilən diqqətsizlik, qaydalara əməl edilməməsi xəsarətlə nəticələnən ağır qəzanın baş verməsi ilə yanaşı, kəsişmədə dəqiqələrlə nəqliyyat sıxlığı yaradır. Təqdim etdiyimiz bu videoda olanlar bir daha göstərir ki, bəzi sürücülər svetoforun qırmızı işığından keçməklə, təkcə sürücü və sərnişinlərin yox, piyadaların da həyatını təhlükəyə atırlar. Svetoforun qırmızı işığından keçməyin nəticəsi qəzalara, insan həyatı sağlamlığı üçün fəsadlara səbəb olur".

Избранный
33
17
apa.az

10Источники