RU

Macarıstanda hökumət Ukrayna üzrə ictimai rəy sorğusu elan edib

Budapeşt, 7 mart, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban ölkə vətəndaşlarının Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmasına razı olub-olmaması ilə bağlı hökumətin ictimai rəy sorğusuna başladığını elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstan lideri özünün “Facebook” səhifəsində məlumat verib.

Hökumətin rəy sorğusu ilk dəfə bir neçə il əvvəl sınaqdan keçirilib. Bu, referendum deyilsə belə, heç olmasa müəyyən məsələlərlə bağlı ictimai rəyi müəyyən etmək üsuludur. Vətəndaşlar müvafiq xananı işarələmək və ya çarpaz işarələməklə cavab verməli olduqları sualı elektron poçtla bir növ “bülleten” şəklində alırlar. Daha sonra bu vərəq sorğu anketi ilə birlikdə vətəndaşlara göndərilən zərfə qoyulmalı və ən yaxın poçt qutusuna atılmalıdır. Vətəndaşlar poçt xərcləri ödəmirlər. Bu yolla hökumət məlumatları emal edərək ölkə sakinlərinin bu və ya digər məsələ ilə bağlı fikirlərini öyrənir.

Viktor Orban öz postunda yazıb: “Heç kim macar xalqından yuxarı ola və onun yerinə qərar verə bilməz”.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Избранный
10
1
azertag.az

2Источники