RU

"Qırmızı"dan keçən motosiklet avtomobilə çırpıldı - XƏBƏRDARLIQ (VİDEO)

Bakı. Trend:

İşıqforun qırmızı işığından keçməyin nəticəsi qəzalara, insanhəyatı sağlamlığı üçün fəsadlara səbəb olur.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Yasamalrayonu, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəyol-nəqliyyat hadisəsi baş verib.

"Müşahidə kamerasının qeydə aldığı görüntüyə əsasən motosikletsürücüsü işıqforun qadağanedici siqnalının tələbinə məhəlqoymayaraq gəldiyi sürətlə hərəkətə başlayan minik avtomobilinəçırpılır. Kəsişmədə piyada keçidindən keçən piyadalar isə qəzadanxilas olurlar.

Növbəti dəfə edilən diqqətsizlik, qaydalara əməl edilməməsixəsarətlə nəticələnən ağır qəzanın baş verməsi ilə yanaşı,kəsişmədə dəqiqələrlə nəqliyyat sıxlığı yaradır. Təqdim etdiyimizbu videoda olanlar bir daha göstərir ki, bəzi sürücülər işıqforunqırmızı işığından keçməklə, təkcə sürücü və sərnişinlərin yox,piyadaların da həyatını təhlükəyə atırlar",- deyə məlumatdabildirilib.

Məqalədə:
Избранный
17
15
az.trend.az

10Источники