RU

Bakıda Mərkəzi Baltik regionu və Finlandiya şirkətləri ilə B2B görüşlər keçirilib

LEF Network Azerbaijan layihəsi çərçivəsində Bakıda Azərbaycan sahibkarlarının Latviya, Estoniya və Finlandiya şirkətləri ilə sayca 4-cü B2B görüşü keçirilib.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) məlumatına görə, tədbir əczaçılıq, təhsil, istehsal, logistika, enerji, informasiya texnologiyaları və konsaltinq kimi əsas sektorlarda tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək xarakteri daşıyıb.

Mərkəzi Baltik regionu və Finlandiyadan olan nümayəndə heyətinə Azərbaycanın iqtisadiyyatı və bazar imkanları, habelə Palataya üzv şirkətlərin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Şirkətin qeydiyyatı, vergi və gömrük qaydaları kimi xarici biznes üçün vacib mövzulara toxunulub.

Избранный
57
vergiler.az

1Источники