RU

Boks millimiz Serbiyadakı DÇ-də 6 boksçu ilə təmsil olunacaq

Azərbaycanı Serbiyanın Niş şəhərində qadınlar arasında keçiriləcək boks üzrə dünya çempionatında 6 idmançı təmsil edəcək.

Arena.az bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, yığmamızın baş məşqçisi İlkin Ağayev yarışda bu bokçsulara şans verəcək:

Anaxanım İsmayılova (48 kq)
Marjona Savriyeva (50 kq)
Zeynəb Rəhimova (54 kq)
Aynur Mikayılova (57 kq)
Emili Rzayeva (70 kq)
Aynur Rzayevaya (+81 kq)

Martın 8-də başlayacaq mundial ayın 16-na qədər davam edəcək.

Qeyd edək ki, yarışa bu gün yollanmış millimiz martın 17-də Bakıya qayıdacaq.

Избранный
94
16
arena.az

10Источники