RU

Angelos Postekoqlu: “Oyun və nəticəmiz məyusedicidir”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının 1/8 finalının “Alkmar”la səfər oyunundakı məğlubiyyəti (0:1) şərh edib.

Arena.az “TNT Sports” dərgisinə istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Heç də ən uğurlu axşam deyil. Məyusedici bir nəticə və həmçinin belə bir çıxış. Biz heç bir mərhələsində oyuna nəzarət etmirdik. Elə, lap əvvəlldən və axırda qədər bizim həm topla və həm də topsuz oyunda çətinliklərimiz vardı. Amma bu, birinci oyundur, biz hələ də iş başındayıq”, deyə Angelos Postekoqlu cavab oyununa bel bağladığını başa düşməyə əsas verib.

Cavab oyunu çərçivəsində “mahmızlar” “Alkmar”ı martın 13-də Tottenhemdə qəbul edəcəklər.

Избранный
29
arena.az

1Источники