RU

Joze Mourinyo: “Reyncers”ə məğlubiyyəti haqq etdik, amma…”

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 finalının “Reyncers”lə ilk oyununda məğlubiyyəti (1:3) şərh edib.

Arena.az BBC-yə istinadən, portuqal mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bu, layiq olduğumuz məğlubiyyət idi. “Reyncers” qələbəsini haqq etdi. Biz çoxlu səhvlərə yol verdik, onlar isə – yox. Bizim, hücumda məqamlarımız vardı, amma biz qol vura bilmədik. Qarşıdurma hələ başa çatmayıb.

İndi “Reyncers”ə ancaq onu deyə bilərəm – çox da canfəşanlıqla bayram etməyin, axı qarşıda hələ ikinci oyun var. Bu, mənim yeganə cavabımdır. Əgər onlar ikinci oyundan sonra da bayram etsələr, mən onları təbrik edəcəyəm, amma indi sakitləşin, çünki bu, hələ son deyil”, deyə Joze Mourinyo öz ifadə üslubuna sadiq qalaraq, cavab oyunundakı mübarizəyə eyham vurub.

Cavab oyunu çərçivəsində “Fənər” martın 13-də Qlazqoda “Reyncers”in “qonağı” olacaq.

Избранный
31
arena.az

1Источники