RU

Müharibə davam etsə, son pulumuz da xərclənəcək - Orban

Macarıstan AB liderlərinin Ukraynaya hərbi dəstəyi davam etdirmək cəhdlərini məsuliyyətsiz hesab edirəm, çünki Avropa ölkələrinin sadəcə olaraq bunun üçün pulu yoxdur.

Aktual.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

"Müharibə üç ildir davam edirsə və Rusiya qalib gəlirsə, ABŞ da kənara çəkilirsə, digər ölkələrin şansları nə qədərdir? 26 ölkənin bu bəyanatı qəbul etməsinə heç bir əsas yox idi. Müharibəni davam etdirmək qərarına gəlsələr, son pulumuz buna xərclənəcək”, - Orban bildirib.

Qeyd edək ki, dünən Brüsseldə AB üzvü olan dövlətlər Ukrayna ilə bağlı sammit keçirib. Macarıstan Ukrayna ilə bağlı ümumi bəyanatı dəstəkləməkdən imtina edib.

Избранный
18
3
ulusum.az

4Источники