RU

Rusiya PUA-larla bir-bir deyil, “sürü ilə hücum” etməyə başlayıb - Ukrayna KİV

Rusiya ordusu pilotsuz uçuş aparatlarında (PUA) hücumun yeni taktikalarından istifadə etməyə başlayıb.

Herbiand.az bildirir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri Telegram-da məlumat yayıb.

Vurğulanıb ki, Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarla növbə ilə zərbələr endirmək əvəzinə, “sürü ilə hücum” etməyə başlayıb.

“Əvvəllər ruslar 15-20 saniyəlik fasilələrlə pilotsuz təyyarələri bir-bir buraxırdılar. Hücum saatlarla davam edirdi ki, bu da hava hücumundan müdafiə sistemlərini lazımi yerə yönəltməyə və bir çox hədəfi vurmağa imkan verirdi. İndi ruslar dəniz üzərində zərbə qüvvəsi hazırlayır, onları 15-20 dəqiqə sıraya düzür, sonra 10 dəqiqə ərzində eyni vaxtda bir neçə hədəfə zərbə endirirlər”, - nəşr yazıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
73
herbiand.az

1Источники