RU

Palladino “Panatinaikos”a məğlubiyyətə aydınlıq gətirdi

“Fioentina”nın baş məşqçisi Raffaele Palladino Konfrans Liqasının 1/8 finalının “Panatinaikos”la səfərdə baş tutmuş ilk oyununu şərh edib.

Arena.az məlumat verir ki, “bənövşələr” 0:2 hesabından geri-dönüş etsələr də, yekunda “yoncalar” 3:2 hesablı qələbəyə seviniblər.

Palladino matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Düşünürəm ki, biz birinci hissəni yaxşı keçirdik, baxmayaraq ki, belə olmasını (erkən qollar və geri-dönüş dramatizminə işarə – redaktorun qeydi) istəmirdik. Biz iki qol buraxdıq, ardınca isə komandam buna parlaq qarşılıq verdi. Biz rəqibi çətinə saldıq, 2:2 hesabı ilə geri-dönüş etdik, sonra isə yolverilməz qol buraxdıq.

Ardınca izahedilməz ikinci hissə keçirdik, qeyri-düzgün yanaşma ilə, hansı ki, bizim bu üçüncü qolu buraxmağımıza gətirib çıxardı.

Mən çox təəssüf edirəm, çünki fasilədə paltardəyişmə otağında ikən, oyunçularım ikinci hissədə böyük uğura birinci nail olmaq istəyirilər. Biz azacıq əsəbiləşdik, güman ki, bu, vaxtın azalması, bizim isə oyuna aludə olmağımızdan qaynaqlanırdı.

Açıq-aşkar, bu, bəhanə olmamalıdır, bu, bəraət deyil, amma mən bəzi oğlanların meydanda necə əsəb keçirdiklərini görürdüm. Bu, son deyil, çünki bizim cavab oyunumuz var. Mən komandanın necə pərişan gözə dəydiyini gördüm, amma əminəm ki. onlar bu nəticəni dəyişməyə can atacaqlar”, – “Football Italia” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Cavab oyunu çərçivəsində “bənövşələr” “Panatinaikos”u martın 13-də Florensiyada qəbul edəcəklər.

Əlavə edək ki, “Fiorentina” Konfrans Liqasının qalibi olmağa əsas namizədlərdəndir.

Избранный
50
arena.az

1Источники