RU

8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib

Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. LDU-nun rektoru, professor Natiq İbrahimovun universitetin və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin xanım əməkdaşlarına və tələbələrinə bayram təbrikini LDU-nun sosial məsələlər üzrə prorektoru Ramiz Şəmmədov təqdim edib.

AzEdu.az xəbər verir ki, təbrikdə 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edilib, Azərbaycan qadınının ölkənin ictimai-siyası həyatında artan rolundan söz açılıb, Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda universitetdə çalışan xanım əməkdaşların böyük əməyinin olduğu qeyd edilib, onlara minnətdarlıq bildirilib, xoş bayram arzuları çatdırılıb.


Sonra LDU-nun və kollecin ictimai həyatında yaxından iştirak edən, fəallıqları ilə seçilən qadın əməkdaşların bir qrupuna universitet rəhbərliyi tərəfindən hədiyyə, tədbirdə iştirak edən bütün xanımlara çiçəklər təqdim edilib. Bayram tədbirində 8 Mart Qadınlar Günü ilə bağlı hazırlanmış video-rolik nümayiş etdirilib. Şux mahnı və rəqslərdən ibarət konsert proqramı bayrama xoş ovqat qatıb, iştirakçılara bayram əhval-ruhiyyəsi və sevinc bəxş edib.


Qeyd edək ki, 8 Mart Qadınlar Günü münasibəti ilə LDU-da çalışan bütün xanım əməkdaşlara pul mükafatları verilib.

Избранный
41
azedu.az

1Источники