RU

Ukrayna XİN: “Saziş gələn həftə imzalana bilər” – VİDEO

“ABŞ və Ukrayna gələn həftə Ər-Riyadda keçiriləcək görüş zamanı nadir torpaq mineral ehtiyatlarına dair saziş imzalaya bilərlər”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tikhiy mətbuat konfransında bildirib.

XİN rəsmisi əlavə edib ki, hələlik sazişin imzalanması ilə bağlı konkret razılaşma yoxdur:
 

“Düşünürəm ki, Səudiyyə Ərəbistanında baş tutacaq görüşün əsas səbəblərindən biri məhz budur. Amma gəlin hadisələri qabaqlamayaq və prosesin necə inkişaf edəcəyini gözləyək”.


Qeyd edək ki, gələn həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcək.

Bizim.Media

Избранный
14
bizim.media

1Источники