44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib.
Modern.az Oxu.az-a istinadən məlumat verir ki, faktı Tovuz Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib.
Məlumata görə, M.Bayramov beyin qansızması nəticəsində dünyasını dəyişib.