RU

Saxta “parkovşik”lərə AĞIR ZƏRBƏ: “Polis və vergi xidməti…”

Bakı şəhərində nizamlı parklanma yerləri yaradılıb və avtomobillər qaydalara uyğun şəkildə dayanacaqlara yerləşdirilir. Amma bu iş təkcə paytaxtda tətbiq edilib və ölkənin digər şəhərlərində nizamsız avtodayanacaqlar hələ də qalmaqdadır. “Parkovşiklər”in qazanc yerinə çevrilən dayanacaqlarda bəzən xaotik vəziyyət yaranır.

Bəs görəsən, özlərinə boş əraziləri məskən edib qanunsuz dayanacaq yaradan “parkovşik”lərin tələb etdiyi pullar kimlərin cibinə axır? Ümumiyyətlə, bu məsələ qanunla necə tənzimlənməlidir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirib ki, bir müddət əvvəl Bakıda da belə vəziyyət hökm sürürdü:

Yasin

“Bunlar mərhələli şəkildə öz həllini tapır. Bakıda parkinq tarifləri yerinə görə müəyyən edilib. İndi onlarda qiymətlər fərqlidir. Yavaş-yavaş bu, bölgələrə, ətraf rayonlara da keçəcək. Kor-təbii şəkildə görülən işlərin qarşısı alınıb. Nəzərə alın ki, bir vətəndaş səhərdən axşama qədər maşını eyni yerdə saxlayır və 7-8 saatdan sonra gelib 20 qəpik verir. Eləsi də var 15-20 dəqiqəlik saxlamağa görə 20 qəpik ödəyir. Əslində, bu işin məğzi məhz parklanmanı nizama salmaq idi. Belə nizamlanma yavaş-yavaş bölgələrdə də tətbiq olunacaq. Prosesi həyata keçirmək həm fiziki, həm də texniki cəhətdən çətindir. İnsanları prosesə mərhələ-mərhələ alışdırmaq daha məntiqə uyğundur”.

Daha sonra digər şəhər və rayonlardakı parklanmalara toxunan ekspert bildirib ki, buna ilk növbədə polis nəzarət etməlidir:

“Eyni zamanda vergi xidmətinin nəzarəti olmalıdır. Çünki orada fəaliyyət göstərənlərin heç birinin fəaliyyəti leqal deyil. Ona görə də yaşayış səviyyəsi bir qədər aşağı olan bəzi vətəndaşlarımız həmin parklanma yerlərində fəliyyət göstərir və bəzi qurumlar da onlara göz yumurlar ki, həmin insanların gündəlik qazanc yeri olsun. Vaxt keçdikcə onların leqallaşdırılması, qanuni parklanmanın yaradılması həll edilir və orada fəaliyyət göstərən adamlar da leqal şəkildə işlə təmin edilirlər. Bunu Bakı şəhərində aparılan işlər sübut etdi. İndi vaxtı ilə qanunsuz fəaliyyət göstərən insanların daimi iş yerləri də var”.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
18
konkret.az

1Источники