RU

Ekspert: "Gələn il turizm qiymətləri bundan da baha ola bilər"

"Azərbaycanda regionlarda keyfiyyərli 5 ulduz otellər çox deyil. Bu da rəqabətin olmaması və nəticədə qiymətin artımına səbəb olur. Tətil günlərinə 1 həftə qalmış otellərə müraciət etdikdə heç birində yer tapmaq olmur. Bu da bazar iqtisadiyyatının tələb-təklif qanununa əsasən formalaşır. Gələn il bundan da baha ola bilər. Otellərdə yer qalsa, qiymət artımı nəzərə çarpan olsa, insanlar həmin yerlərə getməsə, avtomatik olaraq endirimə getməyə məcbur olacaqlar. Hazırda otellərdə yer tapmaq olmursa, gələn il bundan da baha olacaq".

Bu haqda turizm eksperti Əziz Şiriyev Demokrat.az-a danışıb. 

"Turizm şirkətlərində çox münasib qiymətlərlə 2-3 günlük turlar var. Turizm şirkətlərinin çox üstünlükləri var. Əlavə yanacaq sərf olunmur, fiziki yorğunluq olmur. Əgər turla səyahət istəmirlərsə, "A-frame house", və ya 4 ulduz otellərə müraciət edə bilərlər. Sırf 5 ulduzlu otellərə rəqib olmadığı üçün qiymət də baha olur".


Əfsanə Kamal
Demokrat.az
Избранный
29
demokrat.az

1Источники