RU

Ağcabədidə avtomobil aşdı - Xəsarət alan var

Ağcabədidə Azərişıq ASC-yə məxsus avtomobil aşıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, görə, rayonun Boyat kəndi ərazisində qeydə alınan hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.

Belə ki, 1993-cü il təvəllüdlü İbrahimli Murad Akif oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.

Ətraflı

Nəticədə avtomobilin sürücüsü M.İbrahimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

M.İbrahimli Azərişıq ASC-nin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
9
1
day.az

2Источники