Bakıda piyadaların təhlükəsiz hərəkəti davamlı təşkil edilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, paytaxtın Sadıqcan və Cavanşir, Zorge və 28 may küçələrinin kəsişmələrində piyada keçidləri yenilənib.
Agentlikdən, piyada hərəkətinin təhlükəsizliyini artırmaq məqsədi ilə bu cür tədbirlərin davam etdiriləcəyi bildirilib.
Namiq