RU

Papa xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə dindarlara müraciət etdi


Papa Fransisk xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə dindarlara səsli mesaj yazaraq müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.
Səs yazısı martın 6-da Vatikanda baş tutan dua mərasiminin əvvəlində səsləndirilib. Mesaj ispan dilində qeydə alınıb və 30 saniyədən az davam edib. Səsyazmada pontifikin səsinin zəiflədiyi, nitqinin çətin olduğu görünür.
“Meydandan sağlamlığım üçün etdiyiniz dualara görə sizə ürəkdən təşəkkür edirəm. Mən sizi buradan müşayiət edəcəm. Allah və Müqəddəs Məryəm sizi qorusun. Təşəkkür edirəm”, Papa deyib.
Xatırladaq ki, Papa Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib. Diaqnostik müayinələrdən keçmək və bronxitin müalicəsinin davam etdirilməsi üçün tədbir görülüb.
Fevralın 22-də Papanın vəziyyəti kritik həddə qədər pisləşdi: uzun sürən astmatik tənəffüs böhranı səbəbindən tibbi yardıma ehtiyacı yaranıb. Bundan əlavə, aritmiya nəticəsində trombositlərin sayının azalması səbəbindən Müqəddəs Taxt-Tacın rəhbəri qan köçürməli olub. Fevralın 28-də bronxospazm yenidən Papanın tənəffüs sisteminin pisləşməsinə səbəb olub. 
Избранный
31
yeniavaz.com

1Источники