RU

Tusk: Ukrayna ABŞ-dən təhlükəsizlik zəmanəti ala bilməyəcək

"Ukraynanın təhlükəsizlik zəmanəti alacağına ümid, yumşaq desək, bu gün əvvəlkindən daha az inandırıcı görünür"

Ukraynanın ABŞ-dən möhkəm təhlükəsizlik zəmanəti alacağına ümid indi əvvəlkindən daha az real görünür.

Operativ Media xəbər verir ki, bu fikri Polşanın Baş naziri Donald Tusk Seymdə çıxışı zamanı deyib.

"Çox aydındır ki, Ukraynanın yaxın gələcəkdə ABŞ-nin fiziki iştirakı ilə möhkəm təhlükəsizlik zəmanəti alacağına ümid, yumşaq desək, bu gün əvvəlkindən daha az inandırıcı görünür", - o belə qeyd edib.

Xatırladaq ki, martın 2-də ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ukraynanın münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların tərkib hissəsi kimi ərazilərdən imtina etməyə razılaşa biləcəyini deyib və bunu “təhlükəsizlik zəmanətləri üçün ərazi güzəştlərinin bir forması” adlandırıb.

Избранный
10
operativmedia.az

1Источники