Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli Tam Orta Məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, G.Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin edilmişdi.
Qeyd edək ki, ona bir müddət əvvəl Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq da verilmişdi.