RU

Bir neçə avtobus marşrutları üzrə müsabiqə qalibləri açıqlanıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli şəhərdaxili, Mehdiabad qəsəbəsini “Ulduz” metrostansiyası ilə birləşdirən 145 nömrəli, eləcə də Məmmədli qəsəbəsini “Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 147 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

AYNA-dan Herbiand.az-a bildirilib ki, 91 nömrəli şəhərdaxili və 145 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 147 nömrəli şəhərətrafı marşrut üzrə “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Избранный
103
23
herbiand.az

10Источники