"Fənərbağça" ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, Çağlar Söyüncü sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli müdafiəçi Avropa Liqası 1/8 final mərhələsinin "Reyncers"lə ilk matçında ayaq əzələsindən zədə alıb. 28 yaşlı mərkəz müdafiəçisi 1 aya yaxın meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Çağlar Söyüncü bu mövsüm SupelLiqa təmsilçisinin heyətində 33 rəsmi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта