RU

Polşa kasetli sursatların qadağan edilməsi haqqında Konvensiyadan çıxa bilər

Polşa kaset sursatları və piyada əleyhinə minaları qadağan edən Dublin və Ottava Konvensiyalarından çıxmağı düşünür.

Herbiand.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.

“Mən Polşanın Ottava Konvensiyasından və bəlkə də Dublin Konvensiyasından çıxmasına müsbət qiymət verməyi tövsiyə edəcəm, mən burada piyada əleyhinə minalar və kasetli sursatlardan danışıram”, - baş nazir Seymdə (Polşa parlamentinin aşağı palatası) çıxışı zamanı deyib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
73
herbiand.az

1Источники