Gəncə Şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.
Sfera.az-ın məlumata görə, Gülbəniz Bayramova bir il əvvəl bu vəzifəyə təyin olunmuşdu.
Qeyd edək ki, fəaliyyəti dönəmində etdiyi ciddi nöqsanlara görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ona şiddətli töhmət verilib. Direktora töhmətdən sonra sonuncu dəfə xəbərdarlıq edilmişdi.