1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasına maliyyə ayrılmasını dayandırmağa qərar verib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasındakı hesabında yazıb.
Onun sözlərinə görə, maliyyələşmənin dayandırılması müqabilində CAR-ı təhlükəsizlik səbəbindən tərk etmək arzusunda olan fermerlər öz ailəsi ilə birlikdə ABŞ-yə dəvət ediləcəklər.
"Belə olan halda bu qəbildən olan şəxslərə sürətləndirilmiş şəkildə vətəndaşlıq veriləcək. Bu proses dərhal başlanacaq", - ABŞ prezidenti qeyd edib.
Tramp eyni zamanda, Rusiyanın bank sektoruna və bu ölkəyə göstərilən xidmətlərə genişmiqyaslı sanksiyalar tətbiq etməyi düşündüyünü yazıb.
Ağ Evin rəhbəri qeyd edib ki, bu məhdudiyyətlər Ukraynada sülh ilə bağlı yekun saziş imzalananadək qüvvədə olacaq.