RU

Suriyada yenidən döyüşlər gedir


Latakiya əyalətində yerləşən Qardaha şəhərində Suriyanın yeni hökumətinin təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Nəşrin Müdafiə Nazirliyindəki mənbəsinin sözlərinə görə, hərbçilər Əsəd tərəfdarlarının təşkil etdiyi mühasirəni yarıb və hazırda onlarla döyüşür. Mənbə iddia edir ki, silahlı qrupların üzvləri şəhər hüdudları daxilində binaları zəbt ediblər, lakin yeni hakimiyyətin nəzarəti altında olan hərbçilər qəsəbəni təmizləmək üçün məqsədli əməliyyatlar keçirəcəklər.
Qeyd edək ki, Qardaha Əsəd qəbiləsinin doğulduğu yer hesab olunur: Bəşər Əsədin atası Hafiz Əsəd məhz orada doğulub və dəfn edilib.
Xatırladaq ki, ötən gün Latakiya vilayətinin bir neçə rayonunda təhlükəsizlik qüvvələri ilə Suriyanın keçmiş prezidentini dəstəkləyən silahlı qruplar arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib.
Təhlükəsizlik qüvvələri toqquşmalarda iştirak edən silahlı şəxslərin keçmiş xüsusi təyinatlılar komandiri Süheyl əl-Həssanla əlaqəli olduğunu bildirib. “Əl-Cəzirə” telekanalının məlumatına görə, döyüşlərdə azı 15 Suriya təhlükəsizlik işçisi həlak olub.
Избранный
37
31
yeniavaz.com

10Источники