RU

"Mənim ideal çəkim 102 kq-dır"

İtaliya "Napoli"sinin hücumçusu Romelu Lukaku ideal çəkisinin 100 kq-ı keçdiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, "Corriere dello Sport" təcrübəli forvardın dediklərini belə çatdırıb. 

"İnter"də 101 kq, burada "Napoli"də 99 çəkim var idi. Amma ideal çəkim 102-dir. Heç vaxt səhər yemək yemirəm, ciddi pəhriz saxlayıram. İngiltərədə məni səhv başa düşdülər. Orada məni tənbəl hesab etdilər. Mən heç vaxt hücumlara və tənqidlərə cavab verməmişəm.

Mən çox az danışıram, sadəcə hadisələrin baş verməsinə icazə verirəm. İşimi görən, sonra evə, uşaqlarımın yanına gedən mənəm. İtaliyada mənimlə bağlı fikir tamam başqadır.Onlar məni burada zəhmətkeş hesab edirlər".

Belçikalı futbolçu bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə 27 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt internet portalında verilən məlumata görə, 31 yaşlı futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Lukaku peşəkar futbolçu karyerası ərzində “Anderlext”, Londonun “Çelsi”, “Everton”, “Mançester Yunayted”, Milanın “İnter”, “Roma” və digər komandalarda çıxış edib.

Избранный
18
90deqiqe.az

1Источники