RU

Paulo Fonseka cəzasından şikayət açmaq fikrindədir

Lion “Olimpik”inin baş məşqçisi Paulo Fonseka hakimə qarşı sərt davranışına görə üzləşdiyi 9 aylıq cəzadən şikayət açmaq niyyətindədir.

Arena.az jurnalist Ben Ceykobsa istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən müvafiq qərara görə ciddi ədalətsizlik hiss edirəm. Bəyan etmək istəyirəm ki, mən hakimə toxunmamışam və fiziiki hiddət nümayiş etdirmək niyyətim olmayıb.

Mənim üçün ən əsası – klubumun və bu inanılmaz heyətin mənə dəstəyidir.

Bəli, mən, bu uzunmüddətli kənarlaşdırılmaya rəğmən, işləməyə davam etməyə hazıram. Bizə, birlikdə həll tapmaq və oyunlara hazırlaşmaq məqsədilə komandamızı ən yaxşı surətdə təşkil etmək gərəkdir”, deyə Fonseka vurğulayıb.

Həmçinin Lion “Olimpik”i baş məşqçisinin üzləşdiyi ağır cəza ilə bağlı rəsmi mövqeyini açıqlayıb:

“Lion “Olimpik”i görünməmiş cəzanın ifrat sərtliyini və intizam komitəsinin Paulo Fonsekaya münasibətdə qeyri-adi operativliyini etiraf edir. Klub, məşqçinin davranışı haqda onun hakimin ünvanına açıq-aşkarcasına fiziki güc tətbiq etmək niyyəti olmadan yalnız duyğusal qarşılığı əsasında mühakimə aparılmasına təəssüf edir.

Görünür, fransız hakimliyinə mənfi təsirlə diktə edilmiş müvafiq cəza mənzərəsində Lion “Olimpik”i bəyan edir ki, klub şikayət müraciətinin verilməsinin bütün mümkün yollaraını öyrənəcək. Hal-hazırda klub heç vaxt olmadığı kimi mütəşəkkildir və özünün idman məqsədlərinə köklənib”, – “uşaqlar”ın rəsmi bəyanatında deyilir.

Bu arada Paulo Fonsekanın həyat yoldaşı Yekaterina Fonseka da portuqal mütəxəssisə verilmiş sərt cəza ilə bağlı “üsyan” qaldırıb:

“Bir neçə saniyə qışqırıq müqabilində doqquz aylıq cəza? Cəfəng, qalmaqallı və görünməmiş bir qərar. Lütfən, ədalətli mühakimə, siyasi qətl yox”, deyə Yekaterina xanım Fransa tərəfini ədaləti olmağa səsləyib.

Xatırldaq ki, Paulo Fonseka Fransa Liqa 1 tərəfindən 9 aylıq müddətə futboldan kənarlaşdırılıb. Paulo Fonsekaya, Fransa Liqa 1-in “Brest”lə 24-cü tur ev oyununda (2:1) görüşün baş fransız hakimi Benua Miyoya qarşı fiziki təsir göstərdiyinə görə “qulaqburması” verilib.

Xatırladaq ki, Fonseka əl-qol atması ilə yanaşı, hakimlərin işindən narazılığını hiddətli surətdə bildirmişdi. Portuqal mütəxəssis sözügedən oyunun əsas vaxtına əlavə edilmiş təzminat müddətində meydandan qovulmuşdu.

Paulo Fonseka Lion “Olimpik”inin sükanı arxasına yanvar ayının 31-də keçib. Portuqal mütəxəssis “uşaqlar”la müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Fonseka “Olimpik”i 6 oyuna çıxarıb, 4 qələbə, 2 məğlubiyyət yaşayıb. Topların fərqi isə 17:9 nisbətindədir.

24 oyundan sonra 39 xal toplamış Lion “Olimpik”i Fransa Liqa 1-in yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Məşqçilik fəaliyyəti ərzində Fonseka “Eştrela da Amadora”, “Aveş”, “Pasuş de Ferreyra”, “Portu”, “Braqa”, “Şaxtyor” (Donetsk), “Roma” və “Lill” komandalarını da çalışdırıb. Portuqal mütəxəssis sərt nizam-intizamı, yaradıcı yanaşması ilə diqqət çəkir.

Избранный
44
arena.az

1Источники