RU

İranda idmançı 18 tonluq təyyarəni hərəkət etdirərək dünya rekordu vurub

Təbriz şəhərindən olan iranlı idmançı Qiti Musəvi 18 ton ağırlığında olan təyyarəni hərəkət etdirərək Ginnesin Rekordlar Kitabına düşüb.

Bu barədə Mehr agentliyi məlumat yayıb.

İdmançının sözlərinə görə, İranın hüquq-mühafizə orqanları onun dünya rekordu vurmaq istəyini dəstəkləyib. Ona sınaq üçün təyyarə verən də onlar olub.

“Mən uzun müddətdir idmanla ciddi məşğul olmuşam, əvvəllər yük maşını sürükləməyi bacarmışam”, - Musəvi deyib.

Избранный
14
2
aznews.az

3Источники