İran ABŞ ilə birbaşa danışıqlara girməyəcək.
Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
“ABŞ Prezidenti Donald Trampın maksimum təzyiq siyasətini tətbiq etdiyi müddətdə İran ABŞ-la nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın Ali Rəhbərinə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını və onun hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini vurğuladığını bildirib.