RU

“Azərişıq”ın avtomobili aşdı – Xəsarət alan var

Ağcabədidə “Azərişıq”a məxsus avtomobil aşıb.

KONKRET.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Murad İbrahimlinin idarə etdiyi avtomobil idarəetməni itirərək aşıb. Xəsarət alan sürücü Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, M.İbrahimli “Azərişıq” ASC-nin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır

Избранный
52
17
konkret.az

10Источники