Mingəçevirdə avtomobil piyadanı vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında 20 Yanvar küçəsində baş verib. "Nissan" markalı minik maşını yolu keçmək istəyən 1958-ci il təvəllüdlü piyada Əliyev İlham Adil oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov