RU

Ukraynaya Aİ-nin vahid bazarına üzvlük təklif edilə bilər

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Rusiya-Ukrayna münaqişəsinin həlli çərçivəsində Kiyevə Avrapa İttifaqının (Aİ) vahid bazarına üzvlüyü təklif etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” qəzeti Aİ rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Brüssel Ukrayna üçün iqtisadiyyatın konkret hansı sektorlarını açacağını müəyyənləşdirməli olacaq. Həmçinin qeyd edilib ki, Aİ-nin vahid bazarına qismən daxil olmaq hərbi əməliyyatların başa çatmasından sonra Ukrayna iqtisadiyyatına təkan verəcək.

Planın əsas məqamı Ukraynanın müdafiə sənayesi üçün rüsumsuz çıxışın təmin edilməsidir. Bundan əlavə, xidmət sektorunun, ilk növbədə İT sektorunun açılması müzakirə edilir.

Избранный
39
50
bakivaxti.az

10Источники