RU

Tanınmış hüquq müdafiəçisi itkin düşdü

1990-2000-ci illərin tanınmış azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini Taisiya Qordeyeva itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə onun qızı Anna Əhmədova sosial şəbəkədə paylaşım edib. 

Taisiya Mixaylovna Qordeyeva (1947-ci il təvəllüdlü) ötən gün Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən “Omid” mağazasından çıxaraq itib.
Qadın demensiyadan əziyyət çəkir. Ehtimal olunur ki, o, sərgərdan halda Bakıda dolaşır, evini tapa bilmir. Qordeyeva itkin düşərkən başında boz papaq, əynində bej rəngli kofta, əlində qəhvəyi qulpları olan zümrüdü çanta olub. 

aisiya Qordeyevanı görən və ya onun harada olması barədə hər hansı məlumatı olan hər kəsdən Daxili İşlər Nazirliyinin 102 və ya (050) 322-42-25 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

Избранный
21
37
unikal.az

10Источники